Sumqayıt Musiqi Kolleci tərəfindən Şəkidə konsert təşkil olunub. Bu haqda 20 may tarixində Sumqayıt24 Şəki Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində reallaşan tədbir Şəki Heydər Əliyev mərkəzində baş tutub. Sumqayıt Musiqi Kollecinin xalq çalğı alətləri orkestri, Sumqayıt şəhər Bülbül adına İncəsənət Məktəbinin "Şəfəq" uşaq xoru qonaq olub.
Tədbirdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub. Konsertdə, həmçinin çıxış edən Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifaları da qonaqlar tərəfindən yüksək səviyyədə qiymətləndirilib.