Məşhur polkovnik Hamlet Hüseynov vəfat edib. Sumqayıt24 bu haqda 3 mart tarixində Baku.ws-ə istinadən xəbər verir.
Birinci Qarabağ müharibəsində iştirak edən Hamlet Hüseynov 1932-ci il mayın 9-da Salyan rayonunda anadan olub. O, Sumqayıt şəhəri daxil Azərbaycanın bir sıra bölgələrində - hərbi komissarlıqlara rəhbərlik edib. Həmçinin Azərbaycan Respublikasının hərbi komissarının 1-ci müavini, Ordu korpusunun komandiri vəzifələrində çalışıb.
Qeyd edək ki, Hamlet Hüseynov bir çox orden və medallarla təltif olunub. [modula id="32685"]