Xəzər dənizinin Sumqayıt sahilində təmizlik işləri aparılıb. Sumqayıt24 bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Beynəlxalq Yer Günü ilə əlaqədar ETSN və "Kontakt Home" mağazalar şəbəkəsi tərəfindən aksiya keçirilib. Tədbirə 100-dən artıq vətəndaş qoşulub. Onlar 2 hektar sahədən 2 tondan artıq tullantı toplaya biliblər.