Sumqayıtda sərxoş şəxslər ictimai asayişi pozurlar. Sumqayıt24 bu barədə 20 avqust tarixində xəbər verir.
İzləyicilərimizin sözlərinə görə, onlar hər axşam Bakı küçəsində, Avtovağzalın yaxınlığında yerləşən parka toplaşırlar. Burada yüksək səslə danışır, söyüş söyür və ailəvi istirahət edən insanlara sataşırlar.
“Şəhərin girişidir. Belə olmaz. Bununla bağlı tədbir görülsün”, - deyə şikayətçilər əlavə ediblər.