Ölkəmiz Sumqayıtın “SUMbuilders” robototexnika komandası sayəsində Dünya reytinqinin ilk 20-də qərarlaşıb. Bu haqda Sumqayıt24 komandanın Facebook səhifəsinə istinadən yazır.
Belə ki, Dünya Robot Olimpiadasında “SUMbuilders”in üzvləri Fatimə Rəhimli və Ayxan Bağırlı 10-cu, Amin Nəcəfli ilə Şahlar Hüseynov isə 13-cü yerə layiq görülüblər. Nəticədə Azərbaycan yığması ümumi reytinqdə 15-ci yerdə qərarlaşıb.
Sonda isə, adları çəkilən gənclər beynəlxalq sertifikatlarla təltif olunublar.