Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi müsabiqədə qalib gəlib. Sumqayıt24 bu haqda 24 iyun tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Fortepiano sinfində təhsil alan Arzu Salahova Türkiyədə keçirilən Caspi Art XI Beynəlxalq İncəsənət müsabiqəsində Grand Prix diplomu ilə təltif olunub. Onu birinciliyə hazırlayan müəllimi Sevda Seyidəliyeva da Sertifikata layiq görülüb.