Sumqayıtda skeyt, çarxlı ayaqqabılar və velosipedə (BMX) maraq günü-gündən artır. Lakin bəzi problemlər mövcuddur. Sumqayıt24 bu barədə 14 fevral tarixində xəbər verir.
Bir qrup gənc redaksiyamıza müraciət edərək, problemlərdən danışıb. Şəhərdə skeytpark olmadığı üçün onlar həmin vasitələri ictimai parklarda, yolda və səkilərdə sürməli olurlar. Bununla da istirahət edənlərə və sürücülərə mane olur, özlərini isə təhlükəyə (yollarda sürdükləri zaman) atırlar.
“Hamımız Sumqayıtda skeytpark qurulmasını xahiş edirik. Şəhər ərazisində sürəndə sakinlər bizdən şikayətçi olurlar. Xüsusi bir yer ayrılarsa, gənclərimiz də heç kəsi narahat etmədən əylənə bilərlər. Bununla bağlı nazirliyə də müraciət etmişik, lakin cavab gəlməyib”, - deyə müraciətçilər əlavə ediblər.