Sumqayıtın Ceyranbatan bağları ərazisində bərbad vəziyyətdə olan avtobus dayanacağı ilə bağlı yayımlanan məlumatdan sonra aidiyyəti qurumlar heç bir addım atmayıb.
Sumqayit24.az-a daxil olan son məlumata görə, ərazidəki zibil qoxusu və antisanitar şərait aradan qaldırılmadığı üçün dayanacağın təmizlənməsini yerli gənclər öz üzərlərinə götürüblər.
Sakinlər qeyd edirlər ki, məsul qurumlar ictimai qınağa baxmayaraq hələ də məsələyə reaksiya verməyib. Gənclərin təşəbbüsü isə diqqətdən kənarda qalan bu problemlərə cavabdeh olanlara ibrət olmalıdır.