top
Sumqayıtlı müəllim: “Ən ucqar kəndlərdə dərs demək istəyirdim”
09 yanvar 2022, 05:00
- ↺ +

Sumqayıtlı müəllim: “Ən ucqar kəndlərdə dərs demək istəyirdim”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müəllimlik sadəcə bir peşə deyil, istedaddır, fədakarlıqdır, səbrdir.

Sumqayıt24 Qubada uşaqlara dərs deyən gənc sumqayıtlı müəllim ilə həmsöhbət olub.


  1. Bir neçə cümlə ilə özünüz haqqında məlumat verərdiniz.


Mənsimova İlahə Elbrus qızı, 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşam. 2016-2020-ci illərdə Azərbaycan Dillər Universitetinin xarici dil (ingilis dili) müəllimliyi ixtisası üzrə təhsil almışam. 2020-ci ildə MİQdə (Müəllimlərin işə qəbulu üzrə müsabiqə) iştirak edərək Yardımlı rayonu Arvana kənd məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlamışam.

 

2021-ci ildə yerdəyişmə edərək Quba rayonu Yerfi kənd məktəbində işləməyə başlamışam. Eləcə də, 2021-ci ildə Bakı Slavyan Universitetində magistratura səviyyəsi üzrə təhsilə başlamışam.


  1. Niyə müəllimliyi seçmisiniz?


Müəllimlik nə qədər çətin olsa da, bir o qədər də önəmli, maraqlı ixtisasdır. Mən peşəmi, şagirdlərim olandan sonra daha çox sevdim. Onlar mənim xoşbəxtliyimdir. Bacardığımdan çox çalışıram ki, şagirdlərimə nəsə öyrədim.

  1. Bəs niyə kənd məktəbində işləməyi seçdiniz?


Bəlkə də çoxu düşünür ki, kənd məktəbinə az bal toplayan müəllimlər gedir, amma mən universitetin son ilində qərar vermişdim ki kəndə, hətta ən ucqar kəndlərə gedib, orada dərs deyəcəm. Səbəbini soruşanda isə deyirdim ki, orada mənə daha çox ehtiyac var. Çünki şəhərlərdə kifayət qədər müəllim var, lakin kəndlərdə elə fənnlər var ki, heç keçirilmir. Necə deyərlər, niyyətin hara, mənzilin ora. Ona görə də mən əvvəlcə Yardımlı, daha sonra isə Quba kənd məktəbini seçdim.

  1. Bəs çətin deyil həm magistr təhsilini almaq, həm də başqa rayona gedib dərs demək?


Bəli, təbii ki, çox çətindir. Mən hər həftə Qubaya gəlib dərsimi deyib, daha sonra birbaşa magistr dərslərim üçün Bakıya gedirəm. Təbii ki, hər gün universitetdə ola bilmədiyim üçün qayıblarım var. Yol xərcim çox çıxır, çünki kənddən maşın tapmaq çətindir, çox yoruluram, amma yolumu gözləyən, məni sevən şagirdlərimi görəndə, bütün yorgunluğumu, hər şeyi unuduram.

Foto Sumqayıt24 Foto Sumqayıt24

 

 

Son xəbərlər

İdman
Bu gün, 09:55

"Sumqayıt" növbəti turda "Sabah"ı qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda qəza - maşın dirəyə çırpıldı

Bütün xəbərlər
Dünən, 18:19

Sürücülərin nəzərinə - Novxanıda yol bağlanıb

Bütün xəbərlər
Dünən, 17:19

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:21

Sumqayıtda yaşayan tanınmış aktyor 70 yaşında vəfat edib

İdman
Dünən, 16:19

Sumqayıtlı gənc idmançılar CÜDONUN VƏTƏNİNDƏ

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıta sabah da yağış yağacaq

Kriminal
Dünən, 14:19

Sumqayıtda gənc bıçaqlandı - 50 YAŞLI KİŞİ TUTULDU

Bütün xəbərlər
Dünən, 13:13

Diqqətli olun, ChatGPT sizdən xəbərsiz bu məlumatları toplayır

Bütün xəbərlər
Dünən, 12:13

Sumqayıtda maşın külə döndü - SÜRÜCÜ SON ANDA XİLAS OLDU

Bütün xəbərlər
Dünən, 12:09

Azərbaycanda məktəblilərin payız tətili başlayır

Bütün xəbərlər
Dünən, 11:09

Bu institut Saraya köçürülə bilər

Bütün xəbərlər
Dünən, 10:09

Sumqayıtda məktəbin yerinə bina tikiləcək?

İdman
Dünən, 09:09

"Sumqayıt"ın legionerləri milliyə çağırılıblar

Bütün xəbərlər
09 noyabr 2026, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
09 noyabr 2026, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
09 noyabr 2026, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
09 noyabr 2026, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
09 noyabr 2026, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
09 noyabr 2026, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
09 noyabr 2026, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
09 noyabr 2026, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
09 noyabr 2026, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
09 noyabr 2026, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Oxşar xəbərlər