Sumqayıtın daha bir neçə müəllimi sertifikasiyada yüksək nəticə göstərib.
Sumqayit24.az xəbər verir ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində “Təfəkkür” liseyinin biologiya müəllimi Nuranə İsmayılova 59 və 14 nömrəli məktəbin biologiya müəllimi Aynurə Rüstəmova 58 bal toplayıblar.
Həmçinin Sumqayıt sakini olan, Bakıda, Telman İsgəndərov adına 142 nömrəli məktəbdə riyaziyyat müəllimi işləyən Afət Rzayeva isə 55 bal yığıb.