Müharibədə iştirak etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib. Həmin əməkdaşlar arasında sumqayıtlı qazi Sahil Həsənli də var. Bu haqda nazirliyin rəsmi saytında xəbər paylaşılıb.
Məlumata əsasən, Vətən müharibəsində nazirlik sistemində çalışan 101 nəfər iştirak edib. Həmin şəxslərdən 79 nəfəri müxtəlif medallarla təltif olunublar. Onların arasında yalnız Sahil Həsənli 5 medala layiq görülüb.
Qeyd edək ki, Həsənli həmin qurumun Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşıdır.