Sumqayıt şagirdləri “Sahibkar məktəbli” müsabiqəsində 2-ci yerə layiq görülüblər. Bu haqda bu gün, 14 yanvar tarixində Sumqayıt Şəhər Təhsil Şöbəsi məlumat yayıb.
Uşaq və gənclər arasında keçirilən yarışmada Selcan Hüseynzadə, Narxanım Hüseynzadə və Məhəmməd Əlizadə yüksək nailiyyət əldə ediblər. Müsabiqədə, onlar "Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar" nominasiyası üzrə iştirak ediblər. Şagirdlər 4 nömrəli tam orta məktəbdə təhsil alırlar.
Tədbirin sonunda qaliblər Təhsil Nazirliyi tərəfindən hədiyyə, kubok və diplomlarla təltif olunub.
Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev və Nazirliyin Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə və digər qonaqlar iştirak ediblər.