Sumqayıtlı şəhidin anası dünyasını dəyişib.
Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Məlumata görə, Birinci Qarabağ müharibəsi şəhidi Rahil Ələkbərovun anası Suqra Ələkbərova dünyasını dəyişib.
Qeyd edək ki, Rahil Rahim oğlu Ələkbərov 1970-ci il may ayının 7-də Sumqayıt şəhərində anadan olub. Ailə üzvləri sonradan Mingəçevir şəhərinə gələrək burada yaşayıblar. Şəhidimiz şəhərdəki 14 nömrəli orta məktəbdə təhsil alıb. Sonra 39 nömrəli texniki-peşə məktəbində çilingər, avtomobil məktəbində isə sürücülük peşələrinə yiyələnib.
1992-ci ilin may ayında könüllü olaraq Milli Ordu sıralarına qoşulub və müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak edib.1992-ci il sentyabr ayının 24-də Qubadlı-Laçın bölgəsində gedən döyüşlərdən birində düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.
Mənbə: Mingəçevir-MTV səhifəsi