Sumqayıtın ən böyük meydanı aylardır işıqlandırılmır. Sumqayıt24 bu barədə 14 noyabr tarixində xəbər verir.
Söhbət 44-cü məhəllədə yerləşən “Kimyaçı” Mədəniyyət Sarayının meydanından gedir. İstirahət guşəsində kifayət qədər işıq dirəkləri, eləcə də projektorun olmasına baxmayaraq, axşam saatlarında park qaranlığa qərq olur.
Xatırladaq ki, avqust ayında gündəmə gətirdiyimiz mövzuya İcra Hakimiyyəti münasibət bildirmişdi: “Ərazidə bir neçə müddətdir ki, texniki səbəblərdən işıqların bir hissəsi yanmır. Qısa müddət ərzində problem aradan qaldırılacaq”. Lakin çətinlik bu günə qədər davam edir.