Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatarın azyaşlını vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır. Bu haqda 23 iyul tarixində Sumqayıt24 Baş Prokurorluğa istinadən məlumat verir.
Hadisə iyulun 22-də sərnişin qatarının Xırdalan şəhəri ərazisindən keçdiyi zaman baş verib. Qatarın yetkinlik yaşına çatmayan şəxsi vurması və sonuncunun aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.