Bakı-Sumqayıt sürət qatarına onlayn biletlər satılacaq. Sumqayıt24 bu haqda 24 may tarixində Bizim.media-ya istinadən xəbər verir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, xüsusi yeni mobil tətbiqin hazırlanaraq istifadəyə verilməsi üçün iş aparılır. Mobil tətbiq vasitəsilə sərnişinlər onlayn biletlər ala biləcəklər.
Qeyd edək ki, yanvar-aprel aylarında Bakı-Sumqayıt qatarlarından 2 milyona yaxın vətəndaş yararlanıb.