“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Sumqayıt24 bu haqda 17 mart tarixində xəbər verir.
Novruz bayramı ilə əlaqədar Bakı-Sumqayıt xəttinin sərnişin qatarları istirahət günlərindəki ənənəvi qrafikə uyğun hərəkətdə olacaq. Sözügedən qrafiklə aidiyyəti qurumun saytında tanış olmaq mümkündür.