Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayit24.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında DYP-nin Saray postu yaxınlığında qeydə alınıb. “Toyota” ilə “Chevrolet” markalı avtomobillər toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alıb. Yaralılardan biri hamilə qadın olub.
Məlumata görə, hadisəyə səbəb “Toyota” markalı taksi maşınının sürücüsünün sükan arxasında yuxulaması olub.
Foto Sumqayıt24