Yenilənib saat 12:22
Əldə etdiyimiz məlumata əsasən, yollardakı məhdudiyyət aradan qaldırılıb.
—————————————————————————————————————————–
Saat 10:23
Bakıya gedən sumqayıtlılar problemlə rastlaşıblar. Sumqayıt24 bu haqda 23 iyun tarixində xəbər verir.
Saray qəsəbəsinin “təzə yol” kimi tanınan ərazisində və Sumqayıtın Sülh prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Yüzlərlə sürücü 1 saata yaxındır ki, tıxacda gözləyir.