Sülh küçəsində sürücülər cərimələnirlər. Sumqayıt24 bu haqda 15 may tarixində xəbər verir.
Sumqayıt Şəhər Gömrük İdarəsinin yaxınlığında (Sumqayıt istiqamətində) bəzi sürücülər işıqforda gözləməmək üçün qurum tərəfə dönür, xəttin üzərindən geri dönüş edir və yenidən Sumqayıt istiqamətinə gedirlər.
Onların sözlərinə görə, burada kamera olsa da, əvvəllər cərimələnmirdilər. Lakin son bir neçə gün ərzində qaydanı pozanlara 80 manat və 3 bal cərimə yazılır.