Sumqayıtda minik avtomobillərinin iştirakı ilə avtoqəza baş verib. Bu haqda 14 fevral tarixində Sumqayıt24 xəbər verir.
Hadisə günorta radələrində 18 və 19-cu məhəllələr arasındakı Azərbaycan prospektində qeydə alınıb. “Mercedes” və “BMW” markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmayıb. Əraziyə DYP əməkdaşları cəlb edilib.
Şahidlərin sözlərinə görə, qəzaya səbəb “Mercedes” sürücüsünün qəfil əyləci basması olub.