Saray qəsəbəsində “Şuşanın 270 anı” filminin təqdimatı keçirilib. Sumqayıt24 bu haqda 28 dekabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Tədbir 2 nömrəli məktəbdə baş tutub. Jurnalist Lalə Azərtaş şəhid anaları, qonaqlar, müəllim kollektivi və 9-11-ci sinif şagirdlərinə Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş filmi təqdim edib. Bildirilib ki, proyekt QHT-yə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ərsəyə gəlib.
Sonda iştirakçılar “Şuşanın 270 anı”nı izləyiblər.