Sumqayıtda yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb. Bu haqda bu gün, 24 noyabr tarixində APA məlumat yayıb.
Hadisə Bakı-Sumqayıt şosesində qeydə alınıb. “AzSamand” markalı maşının təkərinin sıradan çıxma səbəbindən, avtomobil dəmir yol ayrıcına çırpılıb.
Qəzada sürücü xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.
Ötən gecə, Novxanı qəsəbəsində daha bir qəza baş verib. İki avtomobilin toqquşması nəticəsində 5 yaşlı uşaq xəsarət alıb.