Sumqayıt təhsil oçağının şagirdi “Gələcəyin mühəndisi” IV Respublika müsabiqəsinin birincisi seçilib. Sumqayıt24 bu barədə 28 yanvar tarixində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə istinadən xəbər verir.
Mükafatlandırma mərasimi Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin və Tusi-Bohm Planetariumun birgə əməkdaşlığı ilə baş tutub. Münsiflər heyəti tərəfindən məktəblilərin hazırladıqları layihələri və maketləri qiymətləndiriblər. Müsabiqədə 11-14 yaş kateqoriyası üzrə Sumqayıt şəhər “Təfəkkür” Liseyinin şagirdi Gülər Əliyeva 1-ci yeri tutub.
Qeyd edək ki, 1-ci yerin qaliblərinə 500 AZN mükafat təqdim olunub.