Sumqayıtın təhsil ocaqlarında Zəfər gününə həsr olunmuş bayram tədbirləri keçirilib. Sumqayıt24 bu barədə 7 noyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Tədbirlər Y. Məmmədəliyev adına 31 nömrəli və İ.Qayıbov adına 1 nömrəli tam orta məktəblərdə təşkil olunub. Öncə dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edənlər Vətən müharibəsində qazanılan qələbədən söz açıblar. Məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Tədbir vətənpərvərlik ruhunda mahnılar və şeirlərin söylənilməsi ilə davam edib.