Sumqayıtda taksi sifarişi zamanı qəribə hadisə baş verib. Bu haqda 23 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə ilə bağlı video sosial şəbəkələrdə yayılıb. Taksi sifariş edən şəxs telefonla sürücüyə evin yerini izah edir. Lakin avtomobil evin qarşısına çatdıqdan sonra sifarişçi ailə üzvlərinin qapını açarla bağlayıb getdiklərini öyrənib. Nəticədə o, evdən bayıra çıxa bilməyib.