SDU-da Keyfiyyət təminatı və strategiya şöbəsinin fəaliyyətləri ilə bağlı infosessiya təşkil olunub. Bu haqda 20 aprel tarixində Sumqayıt24 xəbər verir.
Keyfiyyət təminatı və strategiya şöbəsinin fəaliyyətləri ilə bağlı təhsilalanları məlumatlandırmaq məqsədilə təşkil olunan yığıncaq müxtəlif fakültələrdə təhsil alan tələbələrin iştirakı ilə həyata keçirilib.
Görüşdə şöbənin fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumatlar təqdim olunub.
Eyni zamanda təhsilalanlarla müvafiq şöbə arasında kommunikasiyanın gücləndirilməsi məqsədilə həyata keçirilən yeniliklərdən (təklif qutusu, açıq qapı günləri və s.) bəhs edilib.