Sumqayıtda "İnsan Hüquqları Aylığı" çərçivəsində maarifləndirici tədbir keçirilib. Bu haqda 6 iyun tarixində Sumqayıt24 xəbər verir.
“İnsan hüquqlarının müdafiəsi” adlı tədbir Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində baş tutub. Mərkəzin tarix fənn müəllimi Mehriban Əliyeva və biologiya fənn müəllimi Aygün Mədətova tələbələrə hüquqlarımızın müdafiəsi və insan hüquqları haqqında ətraflı məlumat veriblər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.