Sumqayıtda möhtəşəm konsert proqramı təşkil olunacaq.
Sumqayit24.az xəbər verir ki, “Gənclər Həftəsi” çərçivəsində fevralın 2-də həm Azərbaycan Gəncləri Günü qeyd ediləcək, həm də “Sumqayıt 2025 – Gənclər Paytaxtı”nın rəsmi açılış mərasimi baş tutacaq.
Bayram tədbiri saat 18:00-da Sumqayıt Dövlət Dram Teatrının qarşısında keçiriləcək. Səhnədə ölkənin tanınmış ifaçıları Miri Yusif, Murad Arif, MARDAN, Nigar Camal, Gülyaz və Gülyanaq Məmmədovalar və Çinarə Məlikzadə çıxış edəcəklər.
Bütün gənclər bu unudulmaz tədbirdə iştirak etməyə dəvət olunur!
Qeyd edək ki, Sumqayıt 2025-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” seçilib.