Sumqayıtda Əməkdar jurnalist, tanınmış yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzla görüş keçiriləcək. Bu haqda 17 may tarixində Sumqayıt MKS-yə istinadən xəbər veririk.
"Oxucularla üz-üzə" layihəsi çərçivəsində təşkil olunan görüş S.Vurğun adına Mərkəzi Kitabxanada baş tutacaq. Tədbir 22 may saat 11:00-da başlayacaq. İştirak etmək istəyən hər kəs dəvətlidir.