Sumqayıt Perinatal Mərkəzində "Düşmə riski dəyərləndirilməsi və önlənməsi" mövzusunda maarifləndirici seminar keçirilib. Bu haqda 29 aprel tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
Səhiyyə mərkəzinin tibb bacılarının qatıldıqları seminarda tibb bacısı Zərifə Musayeva mövzu ətrafında geniş məlumat verib. Z. Musayeva Morze şkalasının risk qrupuna daxil olan xəstələr üçün əhəmiyyətindən danışaraq qeyd edib ki, tibb bacısının qiymətləndirilməsindən sonra risk qrupuna daxil olan xəstələrə narıncı identifikasiya qolbağı verilir, tibbi qeydiyyat sənədinin ön səhifəsində narıncı zolaq vurulur və otağın qapısında narıncı stiker yapışdırılır.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd risk qrupuna daxil olan xəstələrə diqqət və qayğının daha da artırılmasıdır.