3 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) maarifləndirici seminar keçirilib. Sumqayıt24 bu haqda 30 mart tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Tibb bacılarının qatıldığı görüşdə ASM-in tibb bacısı Afət Zairova "Suçiçəyi infeksion xəstəliyi" mövzusunda təqdimatla çıxış edib. Onlara infeksiyanın müalicə üsulları və mövcud protokollardan danışıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.