Sumqayıt Tibb Mərkəzi (STM) minifutbol turnirinə start verib. Bu haqda 10 aprel tarixində Sumqayıt24 STM-ə istinadən xəbər verir.
Açılış mərasimində çıxış edən mərkəzin direktor müavini İlkin Namazov komandalara uğurlar arzulayıb. Yarışda STM-in tabeliyində olan müəssisələrin əməkdaşlarından ibarət 8 komanda mübarizə aparır.
“Heydər Əliyev İli” münasibətilə təşkil olunan turnirin final oyunu mayın 6-da keçiriləcək.