1 saylı Sumqayıt şəhər xəstəxanasının poliklinika şöbəsində maarifləndirici elmi seminar keçirilib. Bu haqda 6 fevral tarixində Sumqayıt24 xəbər verir.
Təlim “Diabetik polineyropatiya: Gecikmiş ağırlaşma, yoxsa şəkərli diabetin ağır təzahürü?” mövzusunu əhatə edib. Həkim-endokrinoloq Elnurə Novruzova müayinə və müalicə üsullarından, eləcə də bu sahədə mövcud olan dünya protokollarından danışıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən elmi seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.