Sumqayıt Tibb Mərkəzinin (STM) strukturuna daxil olan tibb müəssisələrində maarifləndirmə tədbirləri keçirilib. Bu haqda 18 may tarixində Sumqayıt24 xəbər verir.
Tədbirlər yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları mövzularını əhatə edib. Çıxışlarda işçilərin təhlükəsizliyini maksimum səviyyədə təmin etmək üçün qaydalara əməl edilməsinin vacibliyindən danışılıb.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.