Sumqayıtda vətəndaş binaya bitişik artırma tikilinin damında köməksiz vəziyyətdə qalıb. Bu haqda 18 mart tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşın xilas olunması təmin edilib.