Sumqayıt şəhər Əziz Əliyev adına Tibb Kollecində “Ümumdünya sağlamlıq günü” ilə əlaqədar sərgi-guşə təşkil edilib. Bu haqda 5 aprel tarixində Sumqayıt24 “Mədəniyyət Xəbərləri”nə istinadən məlumat verir.
Tədbir Gənclər Kitabxanasının əməkdaşları tərəfindən keçirilib. Kitabxananın müdiri vəzifəsini m.i.e. Leyla Mahmudova bu günün yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verib. O, həmin günün məqsədinin gənclər arasında sağlam vərdişlərin yayılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği və digər məsələlərin olduğunu qeyd edib.
Sonda kitabxananın mütəxəssisi Sürəyyə Əbdürrəhmanova tibbə aid kitabları özündə əks etdirən “Sağlam cəmiyyət və sağlam həyat naminə” adlı sərgi ilə tələbələri tanış edib.