top
Ürəyi dağ boyda olan bir igid idi - Şəhid atası - MÜSAHİBƏ
27 sentyabr 2025, 08:45
- ↺ +

"Ürəyi dağ boyda olan bir igid idi" - Şəhid atası - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətənimizin oğulları müxtəlif vaxtlarda Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün canı bahasına vuruşublar. O igidlərdən biri də sumqayıtlı, gənc şəhid Cəbrayıl Dövlətzadədir.

44 günlük Vətən müharibəsində iştirak edən Cəbrayıl sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. Qeyd edək ki, çox insan onu erməni generalını boğan qəhrəman kimi tanıyır.

Sumqayit24.az-ın əməkdaşı şəhidin atası ilə həmsöhbət olub. Şəhidin atası Dövlət bəy qəhrəman oğlu barədə danışıb, eyni zamanda indiki gənclərə örnək də verib.

- Zəhmət olmasa, özünüzü təqdim edin.

- Mən Dövlət Dövlətzadə şəhid Cəbrayıl Dövlətzadənin atasıyam. Sadə, zəhmətkeş bir ailədənəm. Ömrümü halal çörək qazanmağa, övladlarımı böyütməyə həsr etmişəm.

- Cəbrayıl uşaqlıqda necə bir övlad olub? Bir ata kimi onu necə xatırlayırsınız?

- Cəbrayıl elə uşaqlıqdan fərqli idi. Sözəbaxan, mehriban, mərhəmətli bir uşaq olub. Həmişə kiminsə yükünü yüngülləşdirməyə, kiməsə dayaq olmağa çalışıb. Mənim üçün o, həm ağıllı övlad, həm də ürəyi dağ boyda olan bir igid idi.

- Oğlunuzun Vətən müharibəsində iştirakı sizdə hansı hissləri oyatmışdı? Onu hər kəsin qürurla danışacağı qəhrəman olacağını əvvəlcədən hiss etmişdinizmi?

- Düzdür, bir ata üçün övladını müharibəyə yola salmaq ağırdır. İçimdə narahatlıq da var idi, fəxarət də. Onu da bilirdim ki, Cəbrayıl qorxmazdır və heç nədən çəkinmir. Mən hiss edirdim ki, o, Vətən üçün igidlik göstərəcək. Lakin dillərdə dolaşacaq qədər böyük qəhrəmanlıq edəcəyini təsəvvür etməmişdim. Bir sözlə, oğlum Cəbrayıl bizim ailənin, kəndimizin, Vətənimizin qürurudur.

- Cəbrayıl ilə son danışığınız yadınızdadırmı? Həmin an sizin üçün nə ilə yadda qalıb?

- Son danışığımız telefonla oldu. Mən səsini eşidəndə ürəyim nədənsə narahat oldu, lakin o, hisslərini gizlətməyi bacarırdı və həmişəki kimi sakit idi. Çətinliklərini deyib bizi narahat etmək istəmirdi. Sadəcə “narahat olmayın, hər şey yaxşıdır” dedi. O, qorxmadan ölümün gözünə baxa-baxa bizi qorumağa çalışdı və mənim üçün də o an unudulmazdır.

- Cəbrayıl daha çox erməni generalını boğan qəhrəman kimi tanınır. Bizim bundan başqa onun haqqında bilmədiyimiz hansı qəhrəmanlıqları var?

- Bəli, o məşhur hadisəni hamı bilir. Eyni zamanda, Cəbrayılın kimsənin bilmədiyi qəhrəmanlıqları daha çoxdur. Döyüş yoldaşlarının çoxu ailəli idi. Onlara deyirdi: “sizin evdə övladlarınız gözləyir, siz geri dönün, bu işi mən tək başına da edə bilərəm”.

Yəni, yalnız düşmənlə mübarizə aparmadı, həm də dostlarını qorudu, özünü qurban verdi. Mənim üçün bu fədakarlıq onun ən böyük qəhrəmanlıqlarından biridir.

- Bugünkü gənclərə Cəbrayılın həyatından hansı hadisəni örnək göstərmək istərdiniz?

- Mən gənclərə onun Vətən sevgisini, etdiyi fədakarlıqları örnək göstərərdim. O, özünü düşünmədən torpağı, xalqı üçün canını verdi. Bu günün gəncləri bilməlidirlər ki, azadlıq və qələbə qəhrəmanların qanı bahasına qazanılıb. Düşünürəm ki, Cəbrayıl adı onlara yol göstərən bir çıraq olmalıdır.

Son xəbərlər

İdman
Bu gün, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Bu gün, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
Bu gün, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
Bu gün, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda ağac kəsilib yerində obyekt quraşdırılıb? - İDDİA

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Dünən, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
28 oktyabr 2026, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
28 oktyabr 2026, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
28 oktyabr 2026, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
28 oktyabr 2026, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
28 oktyabr 2026, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
28 oktyabr 2026, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
28 oktyabr 2026, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
28 oktyabr 2026, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Oxşar xəbərlər