Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbində "Musiqili viktorina" adlı bilik yarışması keçirilib. Sumqayıt24 bu haqda 31 may tarixində “Mədəniyyət Xəbərləri”nə istinadən xəbər verir.
Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub. Məktəbin şagirdlərindən ibarət “Lira” və “Arfa” adlı iki komanda nəzəri fənlər üzrə biliklərini sınayıb. Yekunda “Lira” komandası qalib gəlib. Sonda şagirdlərə hədiyyələr təqdim edilib.
Aparıcılar Lalə Allahverdiyeva və Mübariz İsayev bildiriblər ki, məktəbin nəzəriyyə şöbəsi tərəfindən “Musiqili Viktorina” adlı bilik yarışmalarının təşkili ənənəyə çevrilib.