Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi “Musiqiçilərin pedaqoji ustalığı” festival-müsabiqəsində iştirak edib. Bu haqda bu gün, 18 iyul tarixində məktəbin Facebook hesabına istinadən xəbər veririk.
Festival Bakı Musiqi Akademiyasının 100 illiyi və Bakı Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb-studiyasının 40 illik yubileyinə həsr olunub. Məktəbinin fortepiano şöbəsinin müəllimi Elnarə Əhmədova “Piano” nominasiyası üzrə sertifikata layiq görülüb.