Sumqayıtda peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği üzrə görüş keçirilib. Bu haqda 31 may tarixində Sumqayıt24 xəbər verir.
Görüş Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində baş tutub. Burada 25 saylı tam orta məktəbin buraxılış sinif şagirdləri, valideyn və müəllim heyəti iştirak ediblər. İştirakçılara mərkəzin fəaliyyəti, burada tədris olunan ixtisaslar, mövcud imkanlar və qəbul qaydaları haqqında video təqdimat olunub, elan və bukletlər paylanılıb.
Sonda müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırılıb.