Sumqayıtda 1 nəfər mənzildə köməksiz qalıb. Sumqayıt24 bu haqda 14 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında Sumqayıt Regional Mərkəzinin xilasediciləri cağırış ünvanına cəlb ediliblər. Onlar qapını açaraq vətəndaşa müvafiq köməklik göstəriblər.