top
Vətən müharibəsinin 32-ci günü – XRONİKA
28 oktyabr 2025, 00:06
- ↺ +

Vətən müharibəsinin 32-ci günü – XRONİKA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 28-i növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.

Sumqayit24.az xəbər verir ki, Vətən müharibəsinin 32-ci günü Prezident İlham Əliyev "X" (əvvəllər "Twitter") platformasındakı paylaşımında işğaldan azad edilən yaşayış məntəqələrini elan edib: 

Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə və Qılıcan kəndləri.

44 günlük Vətən müharibəsinin 32-ci günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib.

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç" yaylım atəşli reaktiv sistemindən atəşə tutub.

Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində etdiyi paylaşımda bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəyə növbəti dəfə raket hücumu ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.

Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, Ermənistan silahlı qüvvələri itki verərək geri çəkilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, eləcə də bir ədəd "Osa" zenit raket kompleksi, üç ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, altı ədəd D-30, beş ədəd D-20 və bir ədəd D-44 topu, iki ədəd 2A36 "Qiasint-B" topu, bir ədəd 120 mm minaatan, bir ədəd "Konkurs" tank əleyhinə raket kompleksi və altı ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatın videogörüntüsünü paylaşıb.

Azərbaycan Ordusunun bölmələri şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini, xeyli sayda hərbi texnikasını darmadağın edib.

Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri, mülki infrastrukturu və dinc əhalini atəşə tutan şəxsi heyət bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 21-ə çatıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Ermənistan oktyabrın 28-də saat 10:15-də "Smerç" yaylım atəşli reaktiv sistemindən Tərtər şəhəri və rayonunun ərazisi atəşə tutulub.

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edib. 

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu top komandiri Həsənov Novruz Muxtar oğlu dəqiq atəşlə düşmənin üç ədəd KS-19 topunu məhv edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Bu gün, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıtda ağac kəsilib yerində obyekt quraşdırılıb? - İDDİA

İdman
Bu gün, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Bu gün, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Bu gün, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Bu gün, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 12:17

Sumqayıtda 5 nömrəli avtobus sakinləri cana yığıb - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Bu gün, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
Dünən, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
Dünən, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
Dünən, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
Dünən, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
Dünən, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
Dünən, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda sürücülər doğum şöbəsinin yolunu zəbt edib?

Oxşar xəbərlər