Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəis müavini Elşad Şahbazova yeni vəzifə verilib. Sumqayıt24 bu haqda 1 may tarixində Qaynarinfo.az-a istinadən xəbər verir.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Qərara əsasən, mayor Elşad Şahbazov Suraxanı Rayon Polis İdarəsinin (RPİ) təhqiqat şöbəsinə rəis təyin olunub.