Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrasının müdiri dosent Olqa Mamelatalaşvili SDU-da ezamiyyətdə olub. Sumqayıt24 bu haqda 25 may tarixində Sumqayıt Dövlət Universitetinə (SDU) istinadən xəbər verir.
Dosent Olqa Mamelatalaşvili İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinə “Müəssisələrin iqtisadi təhlükəsizliyi” mövzusunda mühazirə oxuyub.
O qeyd edib ki, 2015-ci ildən universitetlərimiz arasında bağlanan əməkdaşlıq müqaviləsinə əsasən, rəhbər işçilər, alimlər, tələbələr dəfələrlə ezamiyyətdə olur, elmi konfranslarda, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının forumlarında, tələbə forumlarında iştirak edirlər.
Bu kimi görüşlərdə bir sıra mühüm məsələlər müzakirə edilir, təcrübə mübadiləsi və müxtəlif mövzularda diskussiyalar aparılır.