Xəbər verdiyimiz kimi, Sumqayıtda tibb ocağının həyəti baxımsız haldadır.
Sumqayit24.az-a daxil olan məlumata görə, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasındakı yolun vəziyyəti hələ də bərbad gündədir.
“Problemin işıqlandırılmasına, dəfələrlə şikayət edilməsinə baxmayaraq, vəziyyət hələ də eynidir. Yağış yağanda yolun vəziyyəti daha acıncaqlı olur”,- deyə şikayətçilərdən biri bildirib.
Görüntülərdən də aydın olur ki, təcili tibbi yardım maşını bu yolla hərəkət etməkdə çətinlik çəkir. Adında “təcili” sözü olan bu maşın ərazidən keçməkdə çətinlik çəkirsə, bu yolu asfaltlamaq üçün nəyi gözləyirlər?
Vətəndaşlar yenə aidiyyəti qurumlardan təcili bu yolun asfaltlanmasını tələb edirlər.