Uşaq xəstəxanasında marafləndirici seminar baş tutub. Bu barədə 11 noyabr tarixində Sumqayıt Tibb Mərkəzi (STM) xəbər yayıb.
Görüş “Əməliyyat otaqlarının dezinfeksiyasına dair standart əməliyyat proseduru”, “Tibbi alətlərin təmizliyi, dezinfeksiyası və sterilizasiyası” və ”Əl təmizliyi ilə bağlı gigiyenik qaydalar” mövzularını əhatə edib.
STM-in Keyfiyyətə Nəzarət Komitəsinin rəhbəri Dünya Hüseynova adıçəkilən mövzularda geniş təqdimatla çıxış edib, iştirakçıları maraqlandıran suallara cavab verib.