Xəzər dənizinin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib. Bu haqda 12 avqust tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
İməcilik “Azərikimya”, “Karbamid”, “Polymer” şirkətlərini, eləcə də Sumqayıt Texnologiyalar Parkının ərazisini əhatə edib.
Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli bölmələri, yerli icra və bələdiyyələrin nümayəndəri, “ASAN” könüllüləri iştirak ediblər. Tullantılar toplanaraq ərazidən daşınıb.