Sumqayıt şəhəri, Xəzər bağları massivində elektrik xətlərində qısqapanma nəticəsində yanğın baş verib.
Xeberle.com-un məlumatına görə, hadisəyə səbəb xətlərdəki yüklənmə və gərginlik olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb edilib. Görülən tədbirlər nəticəsində alov qısa müddətdə söndürülüb.
Faktla bağlı araşdırma aparılır.