Sumqayıt şəhər F.Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin kiçik xoru beynəlxalq müsabiqədə iştirak edib. Sumqayıt24 bu haqda 7 iyun tarixində məlumat verir.
Qazaxıstanda keçirilən Beynəlxalq İnstrumental Vokal “Music Star” müsabiqəsində çıxış edən tədris ocağının xor kollektivi 1-ci yerə layiq görülüb.
Kollektivi müsabiqəyə xormeystr Səriyyə Əliyulmusəvi və konsertmeyster Xalidə Sədrəddinova hazırlayıblar.